Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaşlığı ilə “Sərhədsiz Azərbaycan” Foto-Forumunun mükafatlandırma mərasimi keçirilib 08.11.2016 tarixində “Sərhədsiz Azərbaycan” Foto-Forumu çərçivəsində elan olunan foto-müsabiqənin qaliblərinin fotolarından ibarət sərgi keçirilib. Sərgi öz işinə layihənin tərəfdaşı olan Azərbaycan Fotoqrafları birliyinin sədri Mirnaib Həsənoğlunun sərgi iştirakçılarını və qonaqları salamlaması ilə başladı. O, fotoqrafların bundan sonra sərgi və forumlarda daha aktiv iştirak etməsinə dəvət edərək, daha cəsarətli olub, özlərini müsabiqələrdə sınamağa çağırdı.
Növbəti çıxışı “İlin fotoqrafı-2015” qalibi Rüfət Abas həyata keçirərək, bildirdi ki müsabiqəyə qəbul olunan fotolar üç yüzə yaxın olduğundan onların arasında seçim aparmaq çox çətin olub. Lakin onlar tam obyektiv şəkildə layiqli nominantları seçməyə çalışıblar. Fərqanə Qasımlı çıxışı zamanı bundan öncə deyilənlərlə tam razılaşdığını bildirdi və əlavə etdiki fotoqraflarda foto-müsabiqələrə və sərgilərə foto göndərmək cəhətdən tənbəllik vardır. Nədənsə fotoqraflar müsabiqələrə və sərgidə iştirak etməyə çəkinir və müsabiqənin bitmə tarixinə son dəqiqələr qalmış öz fotolarını göndərirlər. Bu da heç də həmişə onların son an göndərdikləri fotoların müsahibə və sərgiyə qəbul olunacağına siraət etmir. Sərgidə son sözü layihənin rəhbəri Pəri Bəndəliyeva alaraq, bütün müsabiqə iştirakçılarını iştirak üçün minnətdarlığını bildirərək, bu layihəyə qoşularaq, foto-forum və müsabiqədə fəal iştirak etmiş iştirakçılara, müsiflər heyətinə, bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi. Bu işin nə qədər məsuliyyətli olduğundan və gələcəkdə də bu cür layihələrin keçirlməsi istəyindən danışan Pəri xanım, bağlanış mərasiminə yəni, mükafatlandırma mərasiminə keçməyi dəvət etdi. Bağlanış mərasimində müsabiqə qalibləri diplom və hədiyələrnən mükafatlandırılıblar. Mükafatlandırılan müsabiqə qalibləri “Azərbaycan uğurları fotolarda” nominasiyası üzrə 1-ci yerin qalibi Tapdıq Abdullayev, 2-ci yerin qalibi Rəsul Rəhimov və 3-cü yerin qalibi Məhəmməd Türkmən, “Azərbaycan mədəni irsi yaşayan tarix” nominasiyası üzrə 1-ci yerin qalibi Süleyman Süleymanov, 2-ci yerin qalibi Nikolay Şeqlov və 3-cü yerin qalibi Vüqar Əmrullayev, “Azərbaycanın sosila-iqtisadi inkişafı nümunə model” nominasiyası üzrə 1-ci yerin qalibi Elmar Əzimli, 2-ci yerin qalibi Toğrul Həsənbəyli və 3-cü yerin qalibi Nikolay Şeqlov olmuşdur. Müsabiqəyə qatılan digər foto müəllifləri isə sertifikatla təltif olunublar. Sərgiyə gələn qonaqlar və sərgi iştirakçıları, müsabiqə iştirakçıların fotolarından ibarət sərgilənmiş fotolara baxmağa davam etdilər. Sonda müsabiqə iştirakçıları və qaliblərlə xatirə fotosu çəkildi.