Bahadur Cəfərov
Fotoqrafiya ilə 6-cı sinifdə oxuduğu zaman tanış olmuş və fotoqrafiyanın sirlərini özü öyrənməyə başlamışdır. Bakı İncəsənət İnstitutunun Mədəni-Maarif fakultetinə daxil olmuş və eyni zamanda “Azərbaycanfilm” kinostudiyasında çalışmışdır. Azərbaycan kino tarixində “Ulduz”, “Arşın mal alan” filmlərində çəkilişləri lentə almaq ona qismət olmuşdur. Mədəniyyət Nazirliyinin məşhur “Ədəbiyyat və İncəsənət” qəzetində çalışaraq öz işini burada davam etdirmişdir. “Azərinform”da (indiki “Azərtac”) çalışdığı müddətdə Qarabağ müharibəsinin başlaması ilə əlaqədar oraya səfər etmişdir. Fotoqrafiya sahəsində göstərdiyi fəaliyyətlərə görə bir çox mükafatın sahibi Bahadur Cəfərov “Humay” Milli Mükafatı laureatı olmuş və 2005-ci ildə Bakıda keçirilən “Quraqlıq” ekoloji məsələri üzrə beynəlxalq müsabiqədə 3cü yerə layiq görülmüşdür. Hal-hazırda Bahadur Cəfərov kifayət qədər məşhur və tanınmış fotoqrafdır. http://irs-az.com/new/pdf/201512/1450451199646059926.pdf