![]() 1985-ci il may ayının 10-da Bakının Əmircan kəndində anadan olmuşdur. Amira Süleyman 2004-cü ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərir. 2010-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Fotoqrafiyanı daha mükəmməl və dərindən öyrənmək üçün Azərbaycan Fotoqrafları Birliyinin nəzdində Fotoqrafiya məktəbinin 3 aylıq kursunu uğurla bitirmişdir. Daha sonralar Ankara və Bursada foto dərsləri almış, seminarlarda iştirak etmişdir. 2022-ci ildə birliyin İdarə heyətinin üzvü və sədr müavini seçilmiş, 2023-cü ildən Birliyin sədri vəzifəsini icra edib. 2024-cü ildə AFB ümumi iclasında səsvermə yolu ilə Birliyin sədri seçilmişdir. |
![]() 1959-cu il iyul ayının 13-də Bakı şəhərində anadan olmuşdur. |
![]() 1979-cu il avqust ayının 17-də Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin “Televiziya rejissoru” ixtisası üzrə bakalavriyat, 2003-cü ildə “Teatrşünaslıq” ixtisası üzrə magistratura, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsini bitirib. Uzun illər müxtəlif yerli və xarici telekanallarda rejissor, aparıcı və redaktor vəzifələrində çalışıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan müxtəlif müəssisələrə rəhbərlik edib. «Dövlət Əhəmiyyətli Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzinin» yaradıcısı və rəhbəri olub. Beynəlxalq fotofestivalların daimi və fəxri münsifidir. Müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub, o cümlədən, Böyük Britaniya kral ailəsinin himayəsi altında fəaliyyət göstərən “The City & Guilds” beynəlxalq dərəcəli təlimçi tituluna layiq görülüb. |
![]() 1978-ci il oktyabır ayının 7-də Bakı şəhərində anadan olub. 1998-ci ildə ANS-TV, 2004-cü ildə SOY production-da, həmçinin ştatdan kənar (stinger) “Reuters” informasiya agentliyində Foto-TV xidmətində çalışıb. 1999-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. 2012-ci ilin sentyabr ayından Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajansı Kafkaslar bürosunda fotomüxbir vəzifəsində çalışıb. 2013 ildən etibarən isə Bakı Media Mərkəzində fotomüxbir kimi çalışıb. COP-29 Azərbaycan Əməliyat şirkətinin Fotoqrafıdır. |
![]() 1969-cu il mart ayının 17-də Salyan rayonu, Həsənabad qəsəbəsində anadan olub. |
![]() 1971-ci ilin fevral ayının 14-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsini bitirib. |
![]() 1971-ci il noyabr ayının 12-də Qarakilsə rayonunun Dəstəgird kəndində anadan olmuşdur. |