19 yanvar 2020-ci ildə Nizami kino mərkəzində “Faciənin fotosu” adlı tam metrajlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Film ictimayətin marağına səbəb olaraq anşlaqla qarşılanmışdır. Tədbiri Azərbaycan Fotoqraflar Birliyinin Sədri və Layihənin rəhbəri Mirnaib Həsən oğlu açaraq səhnəyə filmin yaradıcı heyətini dəvət edərək filmin ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkürlərini bildirdilər. Film Azərbaycan Fotoqraflar Birliyinin sifarişilə ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbər və məsləhətçisi Mirnaib Həsənoğludur.
Film “20 Yanvar” hadisələrindən 30 il ötməsi ilə əlaqədar olaraq Azərbaycan Fotoqrafları Birliyi apardığı araşdırmalar nəticəsində çəkilən fotolar və arxivlərin saxlanılması haqqında məlumatlar toplayaraq tarixi faciyəyə şahidlik edən fotolardan və onların müəllifilərindən bəhs edir. Filmdə AFB, AzərTaç, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən istifadə olunub.