“Bənzət baxım…” adlı internet müsabiqənin
ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar
1.1. “Bənzət baxım…” adlı internet müsabiqə (bundan sonra – Müsabiqə) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.
1.2. Hazırki Əsasnamə Müsabiqənin təşkilati, iştirak, əsərlərin qiymətləndirilməsi və qaliblərin mükafatlandırılması şərtlərini müəyyən edir.
1.3. Müsabiqənin təşkili və keçirilməsi humanizm, geniş iştirak, ümümbəşər dəyərlərinə hörmət, vətəndaşlıq, şəxsiyyətin azad inkişafı prinsipləri əsasında qurulur və Müsabiqə iştirakçılarının hüquq və maraqlarının qorunmasını əsas tutur.
1.4. Müsabiqənin rəsmi internet səhifəsi: www.artcis.az
1.5. Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.
1.6. Müsabiqə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin büdcə vəsaitləri hesabına maliyyələşdirilir.
1.7. Hazırki Əsasnamə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edillib. Müsabiqənin Təşkilat Komitəsinin (TK) hüquqi ünvanı: Bakı ş. Olimpiya küç. 4, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi.

2. İnterenet-müsabiqənin məqsəd və vəzifələri
2.1. Müsabiqənin əsas məqsədi gəncləri vizual sənətlərlə tanış etmək, məşhur sənət əsərləri ilə yaxından tanış olmalarını stimullaşdıran bir layihə həyata keçirmək, dünya və Azərbaycan rəssamlarının yaradıcılığına diqqətin artırılması;
2.2. Müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə daha geniş iştirakçı və tamaşaçı kütləsinin cəlb edilməsi, həmçinin vizual incəsənət formalarının və elektron-texniki imkanların birləşdirilməsi;
2.3. İncəsənətdən ünsiyyət vasitəsi kimi istifadənin inkişaf etdirlməsi və populyarlaşdırılması.
2.4. Pandemiya dövründə gənclərin səmərəli asüdə vaxtlarının təşkilinə yardım etmək.

3. Müsabiqədə iştirak etmək üçün şərtlər
3.1. İnternet-müsabiqədə 18-30 yaşlı gənclər iştirak edə bilər.
3.2. Müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun iş təqdim edən şəxslər İnternet-müsabiqədə iştirak edə bilərlər.
3.3. Müsabiqədə iştirak etmək üçün www.artcis.az saytında təqdim olunmuş və ya iştirakçının özünün seçdiyi hər hansısa bir rəsm əsərini maksimal bənzətmə ilə canlandırması tələb olunur.
3.4. İştirak üçün Təşkilat Komitəsinin info@artcis.az elektron ünvanına aşağıdakıları təqdim etmək lazımdır:
• işin jpeg formatında fotosu (mak. ölçü 5 Mb);
• iştirakçının doldurulmuş anketi;
3.5. Anketdə işin təsvirinin və onun seçilmə səbəbinin qeyd olunması qiymətləndirmə zamanı nəzərə alınır.
3.6. Müsabiqəyə qəbul edilən işlər Müsabiqənin internet səhifəsində yerləşdirilir.
3.7. İşlər TK tərəfindən internet səhifədə iştirakçının qeyd etdiyi rəsm koduna müvafiq olaraq yerləşdirilir. Kod daxilində işlər daxil olma sırası ilə düzülür.
3.8. Mövzuya uyğun olmaq şərti ilə bir gəncin bir neçə işi Müsabiqədə iştirak edə bilər.

4. Müsabiqənin nominasiyaları
4.1. Müsabiqəyə 4 (dörd) əsas nominasiya daxildir:
1) birinci yer – 1 qalib;
2) ikinci yer – 1 qalib;
3) üçüncü yer – 1 qalib;
4) xüsusi nominasiya -1 qalib.

5. Müsabiqənin Münsiflər heyəti
5.1. Müsabiqəyə təqdim olunan işlər Azərbaycanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
5.2. İşlərin təsvirinin və fəlsəfi konseptinin internet səhifədə dərc edilməsi və ya edilməməsi ilə bağlı qərar Münsiflər heyəti tərəfindən qəbul edilir.
5.3. Müsabiqənin Münsiflər heyətinin qərarı internet səhifədə dərc olunacaq.
5.4. Müsabiqənin qalibləri Münsiflər heyətinin bütün üzvlərinin ekspert qiymətləndirməsinin nəticələrinə əsasən müəyyən olunur və qiymətli hədiyyələr və Diplomlar ilə təltif olunurlar.
5.5. Müsabiqənin mövzusuna cavab verməyən, özündə ekstremizmi, ədavəti, zorakılığı təbliğ edən, insan ləyaqətini təhqir edən işlər müsabiqəyə buraxılmır.
5.6. Təqdim olunan işlər Müsabiqənin standartına uyğun olmadığı və ya işlər arasında mükafata layiq iş olmadığı halda TK-nin qərarına əsasən nominasiyada qalib elan olunmur.

6. İnternet-müsabiqənin keçirilmə müddəti və mərhələləri
Müsabiqə 2020-ci ilin aprelin 28-dən mayın 15-ə kimi keçiriləcək:
1) Potensial namizədlərin Müsabiqənin keçirilməsi haqqında məlumatlandırılması: 28-30 aprel 2020-ci il
2) Müsabiqədə iştirak üçün ərizələrin qəbulu. İşlərin Müsabiqənin internet səhifəsində dərc olunması. Nominantların seçimi: 28 aprel-12 may 2020-ci il
3) Müsabiqənin nominant işlərinin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi: 12 may-15 may 2020-ci il
4) Münsiflər heyətinin qərarının internet səhifədə dərc olunması: 15 may 2020-ci il
5) Müsabiqə qaliblərinin mükafatlandırması: 15-25 may 2020-ci il

7. Müsabiqənin mükafat fondu
7.1. Birinci, ikinci, üçüncü yerlər və “Xüsusi nominasiya” yerini almış qaliblərə diplom və xususi hədiyyələr təqdim ediləcək.
7.2. Bütün dövlət və özəl qurumlar, ictimai təşkilatlar və fiziki şəxslər istənilən nominasiyada və ya nominasiya xaricində öz mükafatlarını təqdim edə bilərlər. İnternet-müsabiqənin başa çatmasına 10 gün qalmış onlar öz qərarları haqqında təklifləri TK-nin ünvanına göndərməlidirlər. Müsabiqə çərçivəsində yeni mükafatların təsisi haqqında son qərar TK tərəfindən verilir.

Leave a Reply