Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula bir yarışına start verildi . Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olundu.Azərbaycan Qran-prisinə qədər “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”dən Lando Norris 241 xalla ikinci, “Ferrari”dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda “Red Bull” 446 xalla xalla birinci, “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncüdür.

Fotolar: Fərqanə Qasımlı

Leave a Reply