Filterlənmiş Dairələr İngrid Kraiserin foto sərgisidir. Sərgi sənət vasitəsi ilə ötürülən mesajlar barədə bəhs edir və gender aspektləri də daxil olmaqla kritiki düşüncənın əsas təkan mənbəyi olan ideya və fikirləri üzə çıxarmağa çalışır. Sənətçi öz işlərində hekayə anlatmağın aspektlərini incəsənət yolu ilə başa düşməyi çalışır. Sərgi göstərir ki müasir bilgi arayışımızın “filterlənmiş dairələr” içərisində baş veriyindən ziddiyətli aspektlərlə qarşılaşma şansımızı azalır. Genderə stereotiplərin “filterlənmiş dairələr”-in bir hissəsi olmasına xüsusi diqqət verilir.
İyunun 7-si, saat 19:00-da fotolara baxıb müzakirə etmək üçün bizə qoşulun. İsveçin Azərbaycandakı səfirliyi və Baku IdeaLab-in birgə əməkdaşlığı ilə təşkil edilən sərgi ictimayyətə açıqdır.
İngrid Kraiser haqqında:
İngridin foto işləri çərçivənin içində başlayır və insanların təsəvvüründə canlandıra biləcəkləri nümünəyə çevirilir. İngrid foto transformasiyası vasitəsi ilə şəkildən daha artığını yaratmaq üçün müasir texnika və vasitələrdən istifadə edir.
Simvolik elementlərin birləşdirilməsi, bir neçə söz və ya müəyyən effektlərin əlavə olunması- izləyiciyə onun işlərinə daha yaxından və ya başqa perspektivdən baxmağa köməklik göstərir. Şəkilin obyekt olaraq həmişə özü ilə daşıdığı mesaj var.
İngridin insan hüquqları, gender bərabərliyi və təhlükəsizliyi sahəsində uzunmüddətli beynəlxalq karyerayası var. Son bir neçə il ərzində cəmiyyətdəki sosial məsələlər və inkişafa olan öhdəçiliyi iş həyatına da təsir etmiş, belə ki o tədricən fokusunu fotoqrafiya sənətinə yönəltmiş və özünə yeni iş müstəvisi tapmışdır. Onun işləri Skandinaviyada divar və ev dekorları sahəsində qabaqcıl kommersiya agentləri tərəfindən istifadə olunur və yeni sahələrdə inkişaf etməyə davam edir.
O yaratdığı yeni iş xəttini əvvəlki işi və qazandığı təcrübələrlə əlaqəli saxlamağa çalışır. Bununla ümid edir ki, yaratdığı sənət çərçivəsi hər hansı bir şəkildə izləyicisini əks etdirir və izləyicidə digərləri ilə paylaşa biləcəyi ideyalar yaradır. İngrid inanır ki incəsənət vasitəsi ilə ötürülən mesajları paylaşmağa dəyər.