Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi faciə zamanı Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Daha bir müharibə cinayəti isə 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 50-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Bu günə qədər Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 65 nəfər həlak olub, 297 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb.
Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, müharibə cinayətlərini davam etdirir, atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu seyr etməklə kifayətlənir. Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir.

photo  Ilkin Salifov

 

Leave a Reply