Bildiyimiz kimi, Bakıda dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
Tədbirdə bir çox sənət işləri ilə yanaşı, qədim xalq sənəti sayılan misgərlik sənətindən də əlişləmələr təqdim olunub. Azərbaycanın misgərlik paytaxtı hesab olunan İsmayıllı rayonunun Lahıc qəsəbəsində fəaliyyət göstərən misgər Nəzər Əliyev hazırladığı əl işlərini nümayiş etdirib.
FOTOREPORTAJ:
Mahir Əhmədov