17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirildi. Bakıda “Shine like a star” (“Ulduz kimi parla”) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak etdilər.
Azərbaycan yığmasının aktivində beş medal var.
İki bürünc medalı çoxnövçülük və beş topla hərəkət proqramında qrup hərəkətlərində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qazanıb.
Həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası üç lentlə və iki topla hərəkətlərdə qızıl medal, çoxnövçülük üzrə bürünc medal qazanıb.
Azərbaycanlı gimnast Zöhrə Ağamirova isə topla hərəkət proqramında bürünc medala sahib oldu.
Fotoqraf: Nadejda Cavad