Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyidir. Bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi, Azərbaycan Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilin ilk birgə təşəbbüsünü – “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsini reallaşdırıb. Layihə çərçivəsində fotojurnalistika ilə bağlı gənc jurnalistlər və tələbələr üçün təlimlər təşkil olunub.
Təlimlər BDU-nun “Jurnalistika” fakültəsində peşəkar təlimçilər tərəfindən gerçəkləşdirilib.
Yanvar ayının 23-də Azərbaycan Mətbuat Şurasında layihənin nəticələri ilə əlaqədar mətbuat konfransı keçirildi.
Mətbuat konfransında təlimi uğurla başa vuranlara müvafiq sertifikatlar təqdim edildi.