Ukraynanın paytaxtı Kiyev şəhərində “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı işinə start verib. Festival dörd – ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə keçirilir. Festivalda Ukrayna ilə yanaşı Polşa, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən qatılan iştirakçıların işləri nümayiş ediləcək.

Qeyd edək ki, festivalın təşkilat komitəsində yer alan həmyerlimiz, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, Azərbaycanı bu festivalda “Məzəli foto” nominasiya üzrə Arzu Mürvətova təmsil edəcək. Festivalda qalib gələn qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında, bir sıra mərkəzi və regional TV kanallarda nümayiş etdiriləcək. Pyeslər və hekayələr eynilə, teatrlarda  səhnələşdiriləcək, foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq. Tərlan Göycəlinin sözlərinə görə növbəti beynəlxalq festivala Azərbaycandan daha çox iştirakçının dəvət edilməsi nəzərdə tutulub. İndi isə yalnız Arzu Mürvətovaya uğurlar diləmək qalır.

 

 

Leave a Reply