10 və 11 mart tarixlərində Milli Gimnastika Arenasında baş tutan Akrobatika gimnastikası üzrə 30-cu ölkə birinciliyi və Bakı çempionatı uğurla başa çatdı.
Yarışda Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 nömrəli İOEUGİM PHŞ və “Ocaq” Sport Klubunun idmançıları qələbə uğrunda mübarizə apardılar.
Yarışın birinci günündə balacalar (2010-2019), uşaqlar (2009-2014), yeniyetmələr (2009-2013), gənclər (2006-2011) və böyüklər (2010-cu il və daha böyük yaş qrupları) balans hərəkətləri üzrə, ikinci gün isə temp və qarışıq hərəkətlərdən ibarət kompozisiyalarla çıxış etdilər.
Yarış zamanı, həmçinin milli komandamızın kişi qrupu, Beynəlxalq Gimnastika Federasiyasının “Dünya səviyyəli gimnastı” adına layiq görülən Riad Səfərov, Seymur Cəfərov və Rəsul Seyildiyə Beynəlxalq Gimnastika Federasiyasının xüsusi nişanları təqdim edildi.
Fotoqraf: Nadejda Cavad