#AFFECTUS2020

(#ZƏRİFTƏSİR2020 #НЕЖНОЕВЛИЯНИЕ2020)

Foto layihə

Kuratorlar: Mirnaib Həsənoğlu, Fəxriyyə Məmmədova

Fotoqraflar:

Əziz Kərimov

Famil Mahmudbəyli

İlkin Səlifov

Vəli Şükürov

Roman İsmayılov

Pərvinə Rəhimova

İlham Mustafa

Hal-hazırda yaşadığımız 2020-ci il Dünya tarixində öz mühüm yerini formalaşdırdı. COVID19 Koronoviius pandemiyası cəmiyyətdə dəyişiklər etməklə hər bir adamın, ailənin həyatına təsir etdi. Ailədə ocaq qorucusu olan qadın üzərində olan qayğıların qat-qat artması özünü büruzə verdi.

Müasir qadın cəmiyyətdə ana, nənə, həyat yoldaşı, bacı kimi statusda olduğu kimi cəmiyyətdə, ailədə, gündəlik həyatda bütün məişət qaygısındada öz əməyi və qayğıları ilə ailə bağlarınının əsas özəyidir. Bir tərəfdən koronovirus pandemiyası və eyni zamanda Azərbaycan qadının döğma yurdun torpaqları uğrusunda vuruşan əsgər anası, şəhid anası kimi daha bir ağır ictimai yükün daşıyıcısına çevirir.

Hər bir qadının həyatı mübarizədir. Doğulduğu mühit, onu əhatə edən cəmiyyətdən asılı olaraq hər bir qadın fərqli şəkildə də olsa, mübarizə aparır. Kimi yaşamaq, kimi yaşatmaq, kimi təhsil almaq, kimi təhsil vermək, kimi sevmək, kimi də sevilmək üçün çalışır. Bu dünyada belə “kimi”lər çoxdur və  hər birinin də fərqli həyat hekayəsi var. Sevinci, kədəri, gülüşü, göz yaşı, qazandıqları və itirdikləri ilə…

#AFFECTUS2020 layihəsində Azərbaycan Fotoqraflar Birliyinin gənc nümayəndələri – 2020-ci ildə yaratdığı layihələr nümayiş olunur. Hər bir fotoqraf bu tarixi vacibliyi ilə fərqələnən 2020-ci ili özünəməxsus bir nəzər ilə təsvir edərək tamaşaçıya aktual problemləri açıqlayır. Şəhid anası, qadın problemləri, müharibə nəticəsində evi dağılan evdar qadın portretləri, qələbə üçün öz əməklərini əsirgəməyən qadın təvəzökarlığına və başqa bu cür hadisələrə həsr olunmuş foto silsilə və müsahibələr – qadın nəzakətini, incəliyini, dözümlüyünü, onun cəmiyyətdə böyük rol oydanıdığı açıqlayır.

Kuratorlar haqqında

Mirnaib Həsənoğlu (d. 1962, Azərbaycan) 2011-ci ildən Azərbaycan Fotoqrafları Birliyinin sədridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1989). Mirnaib 1982-ci ildən peşəkar fotoqraf kimi çalışır. “Zərifə xanım Əliyeva”, “Azərbaycan”, “Azərbaycan qaçqınları”, “Faciə ilə bağlı iki foto-söhbət” və Xocalı haqqında fotoqrafiya kitablarının müəlliflərindən biridir. “Khnolith nədir”, “Azad insan”, “Qiymətli su evi” və digər foto müsabiqələrinin qalibidir. Bir çox foto sərgi və layihənin müəlliifidir. (www.photographer.az)

Fəxriyyə Məmmədova (d. 1974, Azərbaycan) rəssam dizayner, fotoqrafdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur (2002). Dizayner və fotoqraf olaraq sərgilərin təşkili ilə məşğuldur. 2012-ci ildən YARAT Müasir İncəsənət Məkanında çalışır. Azərbaycan Rəssamlar Birliyinin və Fotoqraflar Birliyinin üzvüdür. Yerli və beynəlxalq sərgilərin iştirakçısıdır.

https://www.facebook.com/events/1695880657265250/

https://www.dropbox.com/s/q8sxkyp3zkk08r5/Videoleap-45E1A6B0-807F-42A8-A05F-CF033D80249E.MOV?dl=0

 

Leave a Reply