Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında 5 mart 2017-cı il tarixində fevral ayı ücün nəzərdə tutulmuş “Uşaq olmaq çətin imiş” ” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu. Müsabiqəyə 20 fotoqraf 98 foto təqdim edilmişdir.
Məhərəm Məcidov, Süleyman Süleymanlı, Mələk Mirzəyevanın fotoları iştirakçılar arasında ayın fotosu seçildi. Anadolu informasiya agentliyinin fotorepartyoru Rəsul Rəhimovun şəxsi hədiyyələri qaliblərə təqdim olundu. Müsabiqədə işlərini təqdim etmiş Nailə Axundovanın işlərin müsabiqən kənar baxış oldu. Müsabiqə təqdim olunmuş fotolar cəkiliş tarixinə uyğun gəlmədiyi üçün müsabiqədə iştirak etməsədə xüsusi rəğbət mükafatına layiq bilindi.
Moskva şəhərində keçirilmiş fotosərginin iştirakçılarına sertifikatlar təqdim olundu.
Müzakirə klubunun ilk iclası kecirildi. Qərara alındı ki, mart ayında müzakirə klubunun iclasına iştirakşılar şəxsi dəvət olunacaq.