27 sentyabrdan başlayaraq 44 gün ərizində vətəndaş cəmiyyəti üzvləri və Bakı Dövlət Universitetinin (BDU) SABAH tələbə qruplarından ibarət Təşəbbüs Qrupu tərəfindən könüllü olaraq “Biz sizə borcluyuq” kampaniyası icra olunacaq. kampaniyanın məqsədi 44 günlük Vətən Müharibəsinin şəhidlərini yad etmək, tanıtmaq və onların ailə üzvlərinə psixoloji dəstək göstərməkdir.
Kampaniya üç istiqamətdə aparılacaq. İlkin olaraq 3000 nəfərdən ibarət kampaniya üzvləri tərəfindən 44
gün ərzində sosial şəbəkə profillərində SABAH tələbə qruplarının hazırladığı Vətən müharibəsi şəhidlərinin tək-tək şəkilləri yerləşdiriləcək. Eyni zamanda #bizsizəborcluyuq həştəqi ilə
“Twitter”, “Facebook” və digər sosial şəbəkələrdə şəhidlərin həyatı və döyüş yolu ilə bağlı paylaşımlar ediləcək.
Kampaniyanın növbəti istiqaməti olaraq Təşəbbüs Qrupunun üzvləri 44 gün ərzində 44 şəhidin evinə gedib, onların il dönümlərini ailələri ilə bərabər yad edəcəklər. Həmçinin davamlı olaraq “Xarıbülbül” Psixoloji Dəstək Mərkəzi tərəfindən şəhid ailələləri və qazilərlə psixoloji iş aparılacaq.
Təşəbbüs Qrupu nümayəndələri hər bir soydaşımızı #bizsizəborcluyuq kampaniyasına qoşulub, sosial şəbəkələrdə profillərinə müzəffər şəhidlərimizin şəkillərini yerləşdirməyə çağırır.
Sizlərdən xahiş edirik. Bu kompaniya qoşulun sosial şəbəkələrdə profil fotolarınızda şəhidləri fotolarını yerləşdirin. Fotoları bu linkdən götürə bilərsiz. https://drive.google.com/file/d/1LfInQoXWd4_Yot1J-gUw3ce2LunuSfdO/view?usp=sharing
Təşəbbüs Qrupunun könüllüləri:
• DAOS Platforması – Nərgiz Xələf
• Mirzə Ələkbər Sabir Fondu – Sevda Tahirli
• Milli Məclisin üzvü Jalə Əlmədova
• BDU-nun SABAH qrupları – İradə Süleymanova, Gündüz Camalzadə
• Azərbaycan Fotoqroflar Birliyi – Mirnaib Həsənoğlu
• “Xarıbülbül” Psixoloji Yardım Mərkəzi -Səbinə İsmayılova
• “Nəfəs” İB – Firəngiz Balakişiyeva
• “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İB – Fuad Hüseynzadə
• Biganə Qalma Kampaniyası – Adil Abdullayev
• Dünya Jurnalistlər Birliyi – Nərmin Şabanqızı