Bizsizeborcluyuq kompaniyası çərcivəsində 10 Dekabr 2021-ci ildə Xətai Sənət mərkəzində II Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin “25 yaş 25 an” fotosərgisi kecirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sərgini Azərbaycan Fotoqrafları Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdur. Sərginin baneri dizayner Rəsul Həsənov tərəfindən hazırlanmışdır.

Sərgidə Şəhidin valideyinləri iştirak edirdilər. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Elnurun valideyinlərinə xatirə banerini hədiyyə etdi.  Elnurun fotoları tamaşaçıların böyük maraqına səbəb oldu.

Şəhidlərimiz vətən sevgisi olduqu kimi qurub yartamaq arzularıda olmuşdur. Neçə neçə şəhidimizin incəsənətlə bağlı,ədəbiyatla bağlı əsərləri üzə çıxır bu günə kimi.

Elnur Allahverdizadə Əli oğlu 15.05.1995 -ci il tarixində Sumqayıt şəhərində doğulub. 2012-ci ildə Sumqayıt şəhəri 41 saylı məktəbi bitirib və elə həmin il — 2012 -ci ildə Bakı Slavyan Universitetinin «Tərcümə» fakültəsini «Çex — Azərbaycan dili tərcüməçiliyi» ixtisası üzrə bitirib.

2016 -cı ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb.

2016-2017 — ci illərdə Milli Ordu sıralarında artilleriya ixtisası üzrə  vətənə xidmət edib. «Vətən müharibəsi» başlayarkən Sumqayıt Səfərbərlik Komissarlığının əmri ilə sentyabrın 29-u döyüşə yollanıb. Elnur hərbi xidmətdə artilleriyada olduğundan müharibədə də elə  həmin mövqedə döyüşüb — topçu olub. Oktyabrın 4-dən aktiv döyüşlərdə olan  əsasən Ağcabədinin Qiyaməddinli kəndində döyüşsə də, ətraf rayonlarda da — Xocavənd, Ağdam bölgələrində düşmənə qarşı vuruşub.  Allahverdizadə Elnur Əli oğlu 7 noyabr tarixində Ağcabədinin Qiyaməddinli kəndində düşmənin atəş açdığı torlu top qəlpəsinin boğazına tuş gəlməsi nəticəsində şəhidliyə yüksəlib.

8 Noyabr tarixində Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Elnur  səs rejissoru kimi fəaliyyət göstərib. “Barama”, “Atılmışlar” serialları, “Son iclas” sənədli filmi, saysız-hesabsız reklamların səs rejissoru olub. “Bozbash pictures”lə birgə çalışıb. “Picmus production”un əməkdaşı olub. Bir çox seriallara səs rejissorluğu edib. “Simurq” serialı Elnurun şəhadətindən sonra onun əziz ruhuna ithaf olunub.

Şəhid  Elnur Allahverdizadə Əli oğlu  “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Bütün bunlarla yanaşı Elnurun bir foto dünyası olub. Elnur gördüklərini çəkərək sosial şəbəkələrdə paylaşıb. Müharibə başlanmazdan  qabaq Elnur artıq peşəkar fotoqrafiya keçmək planları olmuşdur. Elnur Səs rejisoru kimi səsi duyduqnun foto vasitəsi ilə vizual görüntü olaraq fotoqrafiyada görmək istəyi var idi.

https://www.trend.az/life/socium/3525338.html

 

Leave a Reply