Bakıda, 20 May 2024 tarixində başlayan U23 Avropa Çempionatı yeddi günlük mübarizənin ardından sona çatdı. Bakı İdman Sarayında keçirilən müsabiqədə 31 ölkədən 365 idmançı mübarizə apararaq yarışdılar.

Ümumilikdə medal sayı və xallarına görə ilk sırada yer alan Azərbaycan güləşçiləri 3 növ üzrə 5 qızıl, 4 gümüş və 7 bürünc medal qazandılar. Beləcə Avropa çempionu adını alan güləşçilərimiz Cəbrayıl Qadjiyev, Ziya Babaşov, Xasay Həsənli, Qurban Qurbanov və Jalə Əliyeva oldu.

2-ci yerdə olan Ukrayna 4 qızıl, 4 gümüş və 3 bürünc medal ilə nəticə qazandılar. 3 və 4-cü yerə məskunlaşan Gürcüstan və Moldova 10 və 9 medal ilə təltif olundular. Türkiyə idmançıları da ümumilikdə 16 medal qazansa da, 1 qızıl, 6 gümüş və 9 bürünc medallarla 7-ci sırada yer tutdular.

Komandalar üzrə mübarizədə Sərbəst güləş və Yunan-roma növü üzrə Azərbaycan, Qadın güləşində isə Ukrayna komandası ən yüksək xal toplayaraq çempion oldular.

Foto/Mətn: Nurlan Tahirli

Tahirli Gallery

Leave a Reply