Ötən ildə möhtəşəm sarı-qara rəngləri ilə trekdə göz oxşayan Renault bu il Formula 1 Socar Azərbaycan Grand Prix-də də çıxış edərək fanatlıq sevgimi daha da artırdı. Hərçənd ki, Daniel Ricciardo trekin 3-cü döngəsindən kənara çıxmış, təşvişə düşərək geriyə qayıtmaq istərkən Daniil Kvyat (Toro Rosso) ilə toqquşmuşdur. Nəticədə, Riccardo özüylə birgə Daniil Kvyat-ın (Toro Rosso) da yarışdan kənarlaşdırılmasına səbəb olmuşdur. Təmasın ardından 2 pilot da yarışı dayandırmış, FIA Riccardonu təqsirli bilərək hər iki pilotu da cəzalandırmışdır.