180px-V_L_Korbin

V.L.Korvin-Kerber (1894-1970)

1894-cü ildə Reveldə anadan olub. Dövrün məşhur Vitse-Admiralı Ludviq Bernqardoviç Kerberin  oğlu olmuşdur. Bakının və ətraf ərazilərin ilk havadan fotoçəkilişini 1917-ci ildə dəniz təyyarəçisi, ştabs-kapitan Viktor Ludviqoviç Korvin-Kerber həyata keçirib. 1915-ci ildə yaradılan Bakı Dəniz Aviyasıyası Zabitləri Məktəbi (БОШМА), 1917-ci ildən Xəzər Dənizi Hidrodivizionu kimi fəaliyyət göstərib. Ştabs-kapitan Korvin-Kerber bu divizyonda mühendis və «Vedi» aviaqrupasının komandiri olub. Eyni vaxtda həvəskar olaraq fotoqraflıqla məşqul olub. İndiki Yaxt klub ərazisində yerləşən hərbi kazarmalarda fotolaboratoriya qurmuşdu. Şahidlərin məlumatına görə Bakı şəhərinin və ətraf ərazilərin çox sayda havadan foto  çəkilmişdi. Çekilişlər M-5 hidroplanından həyata keçirilib.

1918-ci ildə Bakıdan çar ordusu tərkibində  getmişdir.1928-ci ildə həbs edilmişdir .1931-ci ildə günahlarını etiraf etdiyi üçün azad olunmuşdur.Həyatının yerdə qalan hissəsini hərbi təyyarələr üzrə avia konstruktor olmuşdur.Bir neçə reaktiv təyarələrin konstruktoru olmuşdur.

1970-ci ildə Leninqradda  vəfat etmişdir.