Mirfazil Mirhüseyin oğlu Mirmövsümov 1907-1942
1907-ci ildə Bakı şəhərində anadan olmuşdur, keçmiş 1 May küçəsi , dalan 5, mənzil 3-də yaşamışdır. 9 yaşında olanda atası vəfat etmiş, anasınm himayəsi altında böyümüşdür. 1931-ci ildə Rəhimə xanımla ailə həyatı qurmuş və üç qız (Səkinə, Rəfıqə və Almas) atası olmuşdur. Ailəsini dolandırmaq üçün fotomüxbir kimi işləmiş və müxtəlif dövrü mətbuatda şəkilləri çap olunmuşdur. 1936-cı ildən Azərfilmdə işləmişdir.
Böyük Vətən müharibəsi başlayanda müharibəyə getmiş və geri qayıtmamışdır. 1942-ci il 23 aprel tarixində Ukraynanm Slavyansk vilayətinin Xrestise kəndində qardaşlıq məzarında dəfn olunmuşdur.