az  |  en  |  ru
Ana səhifə   |   Loqin  
Axtarış

Oktyabr 10


Yeni Başlayanlar üçün fotoqrafiya kursu

   

2012-ci il 5 aprel tarixindən Azərbaycan Fotoqraflar Birliyi nəzdində yeni başlayanlar üçün Sevinc Aslanovanın rəhbərliyi ilə fotoqrafiya kursu öz işinə başlayır.  

    Fotoqraf olmaq – hadisəni, fikri və ya emosiyanı fotoqrafiya vasitəsi ilə görmək və göstərmək qabiliyyətidir. Bunun üçün xüsusi insani və estetik, müəyyən tarixi və incəsənət, eyni zamanda fotoqrafik materiallar, proseslər və texnologiyalar sahəsində dərin biliklərə malik olmaq şərtdir.
   Fotoqraflar bir çox sahələrdə: ənənəvi nəşriyyat, internet və reklam işindən tutmuş, dəb, teatr, şou-biznes, o cümlədən şirkətlərin xarici əlaqələrinə qədər bir çox sahələrdə tələb olunandırlar.
   Hazırkı kurs fotoqrafiya dünyasını bir sənət, peşə kimi qavramaq üçün pəncərə açaraq, ətraf mühitə yeni nəzərlə baxmaq, hətta ən adi əşyaları belə başqa gözlə görmək imkanı verir. 
   Burada əsas diqqət fotoqrafiyanın yaradıcı meyarlarlarına yönəldirlir.

 

Kursa daxildir:
•    nəzəri və praktiki hissələr
•    fotoqrafiya tarixi haqqında məruzələr
•    fototexnikanin əsasları
•    studiya çəkilişlərinin nümayişi
•    Ağ-qara fotomaterialların hazırlanma,  aydınlaşdırma və çap etmə proseslərinin nümayişi
•    Məşhur fotoqrafların əsərlərinin tamaşası və müzakirə edilməsi
•    kurs dinləyicilərinin yerinə yetirilmiş tapşırıqlarının müzakirəsi
 
Əldə edilmiş nəzəri material üzərində işləməyə yönəldilmiş ev tapşırığı: 
•    kompozisiyanın tərtib olunması
•    peyzaj, portret, natürmortun çəkilişi, studiya çəkilişləri, gecə çəkilişləri, reportaj
•    verilmiş mövzuya dair çəkiliş

   
  Kursu professional fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, bir sıra beynəlxalq fotosərgilərin iştirakçısı Sevinc Aslanova aparacaq.
   
  Kurs bitəndən sonra Azərbaycan Fotoqraflar Birliyi (AFB) seçilmiş işlərdən ibarət fotosərgi təşkil edəcək, dinləyicilər kursu bitirmələri haqqında AFB-nin sertifikatlarını alacaq, ən yaxşı fotoqrafiya AFB diplomu ilə təltif olunacaq.


  Kurs üç (3) ay müddətinə, 2 saat olmaqla 26 məşğələdən ibarət olaraq nəzərdə tutulmuşdur. Məşğələ Azərbaycan Fotoqraflar Birliyində bazar ertməsi və çərşənbə günləri saat 18:30-20:30-da keçirilir.

Kurs ödənişlidir.

Əlaqə məlumatları:
Tel:  (+99412) 594 93 97  (13:00-dən 17:00-dək zəng edə bilərsiniz)
www.photographer.az
e-mail: info@photographer.az



   Назад >>

Müəlliflik Hüququ © Azərbaycan Fotoqraflar Birliyi