az  |  en  |  ru
Ana səhifə   |   Loqin  
Axtarış

   Sevinc Aslanova (Pirizadə)








Sevinj Aslanova Bakıda 1077ci ildə anadan olmuşdu. Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirmişdi. 1997ci ildə Sevinj fotosənətdə ilk addımlarını edir. 1998ci – 1999cu illərdə Hüseyn Hüseynzadənin fotoqrafiya dərslərini alır. 1999-cu ildə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) Təsisedici Sərgisində iştirak edir. 1999cu ildə Bakida məşur fotoqraf Yozef Kudelkanin seminarinda fərqlənir. Bu seminarın nəticəsi  - “Noyabrda beş gün” sərgisi olur. 2000ci ildə Sevinj AFB-nin üzvü seçilir. 2001ci ildən 2007ci ilədən BPnin kontrakt fotoqrafıdır.
Sevinj Aslanova bir sıra sərgilərin iştirakçısıdır, o cümlədən Qafqaz Fotoqrafların Konceptual “Appendix” I fotoqrafiya sərgisi, Tbilisi (2001); Azərbaycanın Londondakı Mədəniyyət Mərkəzinin müsabiqəsi əsasında İncəsənət muzeyində sərgi (2001); InterNews müsabiqəsi əsasında İncəsənət Mərkəzində sərqi (2001); “Cənubi Qafqaz mədəniyyətlərinə konseptual baxış” liyihəsi icərisində Veri və Saloniki (Yunanıstan) və Starsburqda (Fransa) sərgilər (2002);  “AYNA 2002” Bakı Beynəlxalq Festivalında iştirak. Bakı Muzey Mərkəzi. (2002); “Dariə” foioqraflar grupunun ilk sərqisi. Bakı Muzey Mərkəzi (2003); “Utopia – sənədli zaqafqaziya fotoqrafiyası”, Berlin, “ifa” qalereyası (2005); “Qadın və Kişı layihəsi”. Bakı Muzey Mərkəzi (2005); “Ekotopiya. Qafqazda konseptual incəsənət və ekoloqiya” layihəsi. Tbilisidə rəssamların simpozium və seminarı. Tbilisidə və Berlində sərqi (Heydər Aslanovla müştərək müəlliflik) (2005);
Sevinc Aslanova  İçəri Şəhərin uşaqları üçün “Mədəni irsin qorunması” layihəsi çərçivəsində fotoqrafiya treninqlərin aparıcısı olub. Uşaqların seçilmiş foto-işləri sərqidə nümaiş olunmuşdu. (2003); “Ekosfera” QDT ilə Azərbaycanın doqquz reqionunda məktəbli uşaqlar üçün fotoqrafiya treninqləri keçirmişdir. Uşaqların seçilmiş foto-işləri sərqidə nümaiş olunmuşdu. (2004); Absheron məktəbliləri üçün foto-treninglər kechikmishdi. (2009); 2010-cu ildən Azərbaycan Fotoqraflar Birliyində boyuklər və uşaqlar üçün fotoqrafiya dərsləri aparır.

Sərbəst-fotoqraf.

 


Müəlliflik Hüququ © Azərbaycan Fotoqraflar Birliyi