IMG_2132 11.02.25 11.02.25

Araz Adiloglu Talıbov

05 May 1983-cü il Naxçıvan şəhərində anadan olmuşam.
2000-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişəm.Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam.2004-cü ildə Universitetin bakalavr pilləsini bitirdikdən sonra eyni adlı universitetin magistratura pilləsinə (qiyabi şöbə) qəbul olmuşam.2005-2006 cı illərdə hərbi xidmətdə olmuşam.2008-ci ildə universiteti bitirdikdən sonra özəl biznes sahəsi üzrə çalışmağa başlamışam. Eyni zamanda da fotoqrafiya sahəsilə məşğul olurdum. Rəssam ailəsində dünyaya göz açdığım üçün düşünürəm ki fotoya olan həvəsim də irsən keçmişdir.Çünki fotoqrafiya da incəsənətin bir qoludur.
2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin rəsmi üzvüyəm.Bir neçə foto sərgilərdə və müsabiqələrdə iştirak etmişəm, sertifikatlara,fəxri fərman və diplomlara layiq görülmüşəm.
2013-cü ildə “TÜRKSOY” un təşkilatçılığı ilə Azərbaycanda keçirilən 10-cu Beynəlxalq Türk Dünyası fotoqraflarının görüşünə qatılmışam,sertifikatla təltif olunmuşam.