PORTRET ALI KAFAROV

Əli Qafarov

1943-cü ildə Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra fotoqrafiya üzrə peşə məktəbinə daxil olmuşdur. Fotoqrafiya üzrə fəaliyyətə portret fotolar çəkən fotomüxbir kimi başlamışdır. 1970 və 1991-ci illər ərəfəsində  “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət”, “Azərbaycan idmançısı” kimi sırf mülkü qəzetlərdə fotomüxbir vəzifəsində işləmişdir. Müstəqilliyin ilk illərində “Xalq ordusu” qəzetinin kollektivi sıralarına daxil olmuşdur. Dağlıq Qarabağ müharibəsi başlayanda Əli Qafarov hər bir fotoreportyor kimi fəaliyyətə başlamışdır. 1992-ci il Xocalısoyqırımında da fotomüxbir kimi iştirak etmişdir. 1998-ci ildə Qarabağ müharibəsində çəkilmiş fotolardan ibarət, üç dildə nəşr olunan “Şahid” fotoalbomu onun fotomüxbir fəaliyyətinin uğurlu nəticəsi olmuşdur. Əli Qafarov həmdə “Hərbi-dəniz qüvvələrinin qəzeti” və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sənədli filmlər kino-telestudiyasında işləmişdir. Hal-hazırda fotoları Azərbaycan Fotoqraflar Birliyinin arxivindəndir. http://irs-az.com/new/pdf/201307/1373024693068124566.pdf