Azərbaycan Fotoqrafları Birliyi Lahıc “Həmrəylik Düşərgəsi”-də

RASUL RAHIMOV LAHICH (17)

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə ASAN Könüllüləri Təşkilatı tərəfindən “Həmrəylik düşərgəsi” layihəsi 20-25 iyul 2016- cı ildə həyata keçirildi. ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsində bir sıra sosial aksiya və tədbirlər keçirildi.

Azərbaycan Fotoqrafları Birliyi (AFB) bu layihədə tərəfdaş kimi öz töhvəsini verdi. Düşərgənin  açılış mərasimində rəsmi qonaqlara və tərəfdaşlara AFB adından “Diqqət, Təbəssüm, Şərq əməkdaşlığının Ailə albomu” («Семейный фотоальбом Восточного партнерства», SAY CHEESE! Eastern Partnership Family Album) foto albomu təqdim olundu.

21 iyulda Rəsmi açılış mərasimində Rüfət Abasın fərdi fotosərgisi təqdim olundu. Fotosərgidə  müəllifin “Küçə fotoqrafiyası” janrında dünyanın fərqli ölkələrindən çəkilmiş fotoları təqdim olundu.

Sərgini yerli əhali və düşərgə iştirakçıları maraqla izlədilər.

22 iyulda Polşa fotoqraflarının “İs Not” fotosərgisi tamaşaçılara təqdim olundu. Fotoqrafların  İslandiya haqqında olan layihələrindən ibarət sərgi izləyicilər tərəfindən maraqla qarşılandı. Fotosərgi  hərbi çadırların üzərində qeyri adi bir formatda sərgiləndi. Fotoqraflar: Rafal Milax (Rafał Milach), Aqneşka Rays (Agnieszka Rayss) , Adam Pançuk (Adam Pańczuk), Mixa Uçak (Michał Łuczak), Yan Brıkdjinski (Jan Brykczyński)

Sərginin açılışından sonra isə Lahıc haqqında son 50 il ərzində AFB üzvlərinin çəkdikləri  fotolardan ibarət slayd şou təqdim olundu. Slayd şouda Oleq Litvin, Rəfael Hüseynov, Mirnaib Həsənoğlu, Araz Adiloğlu, Zamin Cəfərov, Mahir Əhmədov, Səfiyar Məcnun, Elxan Qəniyev, Ayaz Mikayılzadə, Azad Bağırov, Etibar Cəfərov, Mahir Rüstəmli, Pərviz Bağırovun fotoları yer almışdı. Slayd şoudan sonra “Hava yaxşı olsa” qısa sənədli filmin nümayiş olundu. Müəlliflər: Rafal Milax (Rafał Milach), Andrey Yankeviç (Andrei Liankevich) və Xuldar Breytfyord (Huldar Breidfjord). Tədbir açıq səma altında keçirildi.

RASUL RAHIMOV LAHICH (14)

24 iyulda AFB tərəfindən Lahıca təşkil olunmuş fototurda 40 peşəkar və həvəskar fotoqraf iştirak edirdi. Azərbaycanda ilk dəfə Lahıc qəsəbəsində flaşmob fotosərgi keçirildi. Fotosərgidə hər bir fotoqraf öz fotosunu canlı olaraq tamaşaçılara təqdim edirdilər. Fotosərgi Lahıcın mərkəzi küçəsi boyu gəzinti  şəklində keçirildi, turistlər və yerli sakinlər tərəfindən maraqla qarşılandı. Tamaşaçılar flaşmob zamanı fotoqraflarla birbaşa ünsiyyət qurdular, bəyəndikləri foto haqqında müəllifə fikir və  minnətdarlıqlarını  bildirdilər. Əlamətdar hadisədən biri də bu fotosərgiyə Azərbaycanın korefey fotoqrafları 89 yaşlı Kamal  Babayev və 82 yaşlı Rafiq Nağıyev öz fotolarını iştirak üçün göndərmişdilər. Flaşmob zamanı qəsəbənin  uşaqları və turist kimi qəsəbəni gəzən uşaqlara yadigar fotoqraf assisenti İD kartları hədiyyə olundu.  20-26 İyul tarixində düşərgədə iştirak edən 10 fotoqraf: Mirnaib Həsənoğlu, Rauf Umud, Rüfət Abas, İsmayıl Kərimov, Səfiyar Məcnun, İlkin Səlifov, Süleyman Süleymanlı, Elxan Qəniyev, Fərqanə Qasımova və Həsən İsmayılov Lahıc və düşərgə haqqında öz fərdi fotolahiyələrini tamamladılar.

Həmrəylik düşərgəsinin yekunu olaraq fotosərgi keçirilməsi nəzərdə tutulur.

Fotoqraf Süleyman Süleymanovun çəkdikləri:

Fotoqraf İlkin Səlifovun çəkdikləri:

Həsən İsmayilovun çəkdikləri:

Fotoqraf Rəsul Rəhimovun çəkdikləri:

Fotoqraf Səfiyar Məcnunun çəkdikləri: