AFB yeni logo.cdrAzərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır.Birlik AR-nin konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır.
1990-cı ilin əvvəlində-SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində “Azərbaycan fotoqrafları” sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də  kökündən dəyişdi.Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini  inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir.Bu gün AFB inkişafının yeni mərhələsinə qədəm qoyur. Həm təşkilati, həm də birliyin simasını formalaşdirmaq baxımından hələ çox işlər görülməlidir. Bütün maraqlı tərəflərdə münasibətlər qurulmalı, birlik üzvlərinin yaradıcılıq fəaliyyətləri üçün maddi zəmin və şərait yaradilmalıdır.AFB-nin yaranmasından 13 il keçir. Yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər. Sərgilərdən 30-u xaricdə baş tutmuşdur. (AFB, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Belçika, Ukrayna, Yunanıstan, Rusiya, Monqolustan, Özbəkistan, Qazaxstan, Gürcüstan və s..)13254238_1075038995905886_646300664947759048_n

Azərbaycan Fotoqraflar Birliyinin Təsisciləri: 1998 –ci il.

Qanuni təsisçiləri:

Rəfael Qəmbərov  / Asim Talıb  / Namiq Məmmədov  /  Mirnaibli Həsənov

Azərbaycan fotoqraflar birliyinin Birinci Nizamnaməsinin qəbulu.Qeydiyyat №1073.25.06.2011-ci il Azərbaycan qanunvericiliklərinə əsasən Azərbaycan Fotoqraflar birliyinin Nizamnaməsinə edilən dəyişiliklər. Nizamnamənin II redəktəsi.Azərbaycan Fotoqrafları ictimayi Birliyinin Təsisciləri 2011 –ci il.

Hazırki qanuni təsisçiləri:

Mirnaibli Həsənov  /  Rafael Qəmbərov   /  Asim Talıb

Azərbaycan Fotoqraflar birliyinin adının  Azərbaycan Fotoqrafları ictimai birliyi kimi adlandırılmışdır.

1999 fevral     Azərbaycan Fotoqraflar Birliyinin təsis  konfransı.

1999 fevral-2007 noyabr    Rafiq Qəmbərovun AFB idarə heyətinə sədrliyi dövrü.İdarə heyətinin üzvüləri I konfrans Hüseyn Hüseynzadə,Fərid Məmmədov,Sara Nəzirova.Oleq Litvin,Fərid Xayrulin,Asim Talıbov,Sənan Ələsgərov,Fərid Məmmədov,Namiq Məmmədov,Rafiq Bağırov,Sevdim Hüseynzadə,Kamal Babayev,Xalid Əsgərov.

2004 noyabr   Azərbaycan Fotoqraflar Birliyinin II konfransı.İdarə heyətinin üzvüləri II konfrans Hacı Akif Ağayev,Rauf Nəsirov,Fərid Məmməadov,Sara Nəzirova,Sənan Ələsgərov,Hüseyn Hüseynzadə,Mirnaib Həsənoğlu,Çingiz Səmədzadə.

2007-ci il    Azərbaycan Fotoqraflar Birliyinin III konfransı.

2007 noyabr 2009 iyun Şahin Hüseynovun AFB idarə heyətinə sədrliyi dövrü.İdarə heyətinin üzvüləri Əqdes Bağırzadə,Fərid Məmmədov,Sənan Ələsgərov,Emil Xəlilov,Mirnaib Həsənoğlu,Fəxriyyə Məmmədova.

2009-cı il  Azərbaycan Fotoqraflar Birliyinin növbədənkənar konfransı.

2009 iyun 2011 yanvar  Asiyat Fətullayevanın AFB idarə heyətinə sədrliyi dövrü.İdarə heyətinin üzvüləri Əqdes Bağırzadə,Fərid Məmmədov,Sənan Ələsgərov,Emil Xəlilov,Mirnaib Həsənoğlu,Fəxriyyə Məmmədova.

2011-cı il   Azərbaycan Fotoqraflar Birliyinin IV konfransı.

2011 fevral  Mirnaib Həsənoğlunun AFB idarə heyətinə sədrliyi dövrü.İdarə heyətinin üzvüləri Anna Süleymanova,Sevinc Aslanova,Nətavan Qafarova,Mehdi Abbasov,Etibar Məmmədov,Rauf Umudov,Həbib Muradov.

2013-cı il   Azərbaycan Fotoqraflar Birliyinin ümumi iclası.

2013 fevral Mirnaib Həsənoğlunun AFB idarə heyətinə sədrliyi dövrü: İdarə heyətinin üzvüləri; Rauf Umudov, Zaur Mirzəyev, Zemfira Mahmudova, Xanım Əliyeva,Xaliq Əliyev.

2013-cı il   Azərbaycan Fotoqraflar Birliyinin ümumi iclası.

2015 fevral Mirnaib Həsənoğlunun AFB idarə heyətinə sədrliyi dövrü: İdarə heyətinin üzvüləri; Rauf Umudov Yadıcılıq məsələləri üzrə müavin,Vüqar Əmrulayev  təşkilatı məsələlər üzrə sədr müavini, Fərqanə Qasımova,Xanım Əliyeva, Pəri Arifqızı,İradə Qədirova, Səfiyar Məcnunov.
AFB İdarə Heyətinin sədri Mirnaib Həsənoğludur.
Ünvanımız:  AZ 1014, Azerbaycan, Bakı, Dilarə Əliyeva 59/11A