Aleksandr_Mishon

Aleksandr Mixayloviç Mişon (1858-1921)

Fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir.1858-ci ildə Ukraynanın Xarkov şəhərində, fransız ailəsində anadan olub.1883-cü ildə Bakıya gəlib. 28 iyun 1887-ci ildə Bakı Quberniyasının Tarqovoy küçəsində yerləşən, fotoemalatxananın açılışına icazə verilir.  Bakı fotoqrafiya dərnəyini 1894-cü ildə  yaradıcısı, Paris milli akademiyasının  fotoqraf üzvü olub.Fotoqrafiyanın incəsənətin bir yaradıcı qolu olması haqda və fotoqrafiya haqda pulsuz mühazirələr aparıb.1896-cı ildə “Bakı sorğu təqvimi” adlı sorğu kitabçasını nəşr etdirir. “1900-1908 Qafqaz və Orta Asiya fotoqrafiyada və xülasələrdə ” adlı jurnal və qazetin redaktoru və təsiscisi olub.1898-ci ildə Bakıya ilk kino kamera gətirib və çəkdiyi filimlərlə kinonun başlanğıcını qoyub. 1908-ci ildə Bakıdan köcüb.1918-1921-ci illərdə Voronejdə işləyir və yaşayırdı.Son illərdə  aclıqdan üsyana  qalxan Antonov, üsyanın iştirakşılarını  yersiz edam edilməsinə imkan verməmək üçün o, Voronej quberniyasının inqilabı tribunalına sədr təyin olunur. Haqsızlıqlara iradını bildirmək üçün Moskvaya, Kremlə şikayətə gedərkən, qatarda üsyançılar tərəfindən döyülür. Altı ay xəstə yatır,1921-ci il 5 iyulda vəfat edib.