ELXAN KARİMOV 19

Elxan Əziz oğlu Kərimov (1948-2010)

 

1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olmuşdur.

1957-1967–ci illərdə 208 saylı orta məktəbi bitirmişdir.

1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləmişdir. 

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində foto müxbir işləmişdir.

1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir.

1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.

1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunmuşdur.

1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında foto müxbir vəzifəsində çalışmışdır. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirmişdir.

1998-ci ildə “Azadlıq” qəzetində baş foto müxbir vəzifəsində işləmişdir.

Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb

2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar  Sertifikata layiq görülmüşdür

2006-cı ildə 21 iyulunda  “Foto (illürtrasiya)” nominasiya üzrə “Media Açarı 2006” mükafatına layiq görülmüşdür.

2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilmişdir.

Elxan Kərimovun çəkditi foto şəkillər resbublikada çıxan qəzet və jurnallarda yayımlanmaqdadır.

Ökənin aparıcı agentliyi olan “Turan İnformasiya Agentliyi”ndə baş foto müxbir vəzifəsində çalışmış,21 iyul 2009-cu ildə “Zərdabi” mükafatına layiq görülmüşdür.

Fotojurnalist Elxan Kərimov 19 dekabr 2010-cu ildə vəfat etdi. O, uzun müddət idi ki, ürək ağrılarından əziyyət çəkirdi.  Elxan Kərimov anadan olduğu Bülbülə kəndində torpağa tapşırıldı.