IMG_6854

Rüfət Abas

www.rufatabas.com

 1975-ci ildə Bakıda anadan olub. Ali təhsillidir. 1997-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. Fotoqrafiya ilə ilk tanışlğıkiçik “Smena” kamerası iləorta məktəbdə oxuduğu illərdə olub. İllər ötdükcəfotoqrafiyaya olan həvəsi artaraq bu sahəilə daha ciddi məşğul olmağa başlayıb.

Bədii və küçə fotoqrafiyası janrlarına üstünlük verir.”ABB’s international photography competition” (2000, İsveçrə), “World press photo” (2001, Hollandiya), “Baku international photo festival Ayna” (2002, Azərbaycan), “CGAP microfinance photography contest” (2007, ABŞ), “ArtsCouncil Azerbaijan”(2011, Azərbaycan), “British Council Dickens project”(2012, Azərbaycan), “International Exhibition of Art Photography” (2013, Makedonia), Fujifilm tərəfindən keçirilən International Exhibition of X-Photographers” (2013, Yaponiya), “Azerbaijan Sport in Focus” (2015, İngiltərə) sərgi və müsabiqələrin iştirakçısı və qalibi olub. 2011-ci ildə “Fotoqrafika” layıhəsinə görə Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi yaradıcılıq müsabiqəsinin “İlin Fotoqrafı 2011” fəxri mükafatına layiq görülmüşdür.2013-cü ildəBakıda küçə fotoqrafiyası mövzusunda “Küçə, İşiq, Emosiya” adlı fərdi  sərgisi keçirmişdir.

2012-ci ildə nəşr olunmuş “Ağ-Qara Həyat” adlı fotokitabın müəllifidir. 2000-ci ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Azərbaycan Fotoqrafları Birliyi tərəfindən 2015-ci ildə “İlin Fooqrafı – 2015” fəxri adına layıq görülüb. Hazırda fotoqraf fəaliyyəti ilə yanaşı, fotoqrafiya sahəsində təlim və seminarların keçirilməsi ilə də məşğuldur. Şəqi Əməkdaşlıq Beynəlxalq fotoqrafiya məktəbində müəllimi olmuşdur.