Farqana qasimova

Qasımlı Fərqanə Əlmurad qızı

 1982 ildəanadan olmuşdur.1989- cu ildəXırdalanşəhərində 2saylı ortaməktəbin 1- ci sinifinəgetmişdir.Hələ 10 yaşı olanda atası həvəskar fotoqraf kimi foto çəkib çap edərkən atasının ən yaxın köməkçisi olmuşdur. İlk şəxsi fotoapratını da15 yaşında atasından hədiyyə almışdır.ADPK –ni 2001 ci ildə bitirdikdən sonra ibtidai sinif müəlliməsi fəaliyətinə başlasada foto biliklərini fərdi qaydada inkişaf etdirməyə davam etdirmişdir. Mədəniyyət və Turizim Nazirliyinin 2012 –ci ildə keçirdiyi  “Mənim Azərbaycanım”fotomüsabiqəsinin  2014-cü İldə Heydər Əliyev fondunun Vitse prezdenti RAGB (AMOR) təşkilatının sədri Leyla Əliyevanın  təklifi ilə Moskvada keçirilən “Best Summer Photo of Azerbaijan 2014” Azərbaycan mənzərəsi nominasiyası üzrə qalibi və başqa bir neçə beynəlxaq fotomüsabiqələrin finalçısı olmuşdur. Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalında çəkilən fotoları  Türkiyədə4-cü Uluslararası Türk Sanatları,Tarihive Folkloru Kongresi Sanat Etkinlikleri” sərgisində sərgilənmişdir.İdman fotografiyasina böyük marağı olduğundan Azərbaycanda keçirilən 1 Avropa Oyunlarında,Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışlarınında, “Formula 1” Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında fotojurnalist kimi fəaliyyət göstərmişdi. 2016-cı ildən Azərbaycan Fotoqrafları Birliyinin idarə heyyətinin üzvüdür.AFB-nin hər ay kecirdiyi Aylıq Fotomüsabiqənin kuratorudur.