Aprel ayının 27-də Azərbaycan Fotoqrafları Birliyində “LAND OF FİRE THROUGH THE LENS” kitabının təqdimatı olmuşdur. Bu kitab DiVi, Canon və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığının bəhrəsidir.

Biz texnologiyanı, incəsənəti və gözəlliyə olan eşqi bir araya gətirərək, Azərbaycanın gözəlliklərini öz baxışımızla təqdim etməyə çalışdıq.
Hər bir fotoşəkil təbiətin möhtəşəmliyini, mədəniyyətimizin zənginliyini və xalqımızın ruhunun qüdrətini əks etdirir.
Bu kitab keçmişlə bu günün vəhdətini əks etdirən bir sənət nümunəsidir.

Leave a Reply