Hüseynov Rəfael Salman oğlu
3 Dekabr 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Fotojurnalistika kariyerasına “Azərinform”-dan başlamışdır. “Çinar” qəzetində, “Yurd”, “Avropa-Asiya” və “Populyar” jurnalları ilə əməkdaşlıq edib burada çalışmışdır. Onun çox saylı foto işləri “Əmək”, “Yol” , “Sovet Sirki”, “İdman”, “Bakı Əməkçiləri”, “Vişka”, “Bakı”, “Gənc Azərbaycan” və s. müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. Yaradıcılığı və tədqiqatı sevən fotoqraf “Xəzər” fotostudiosunun daimi üzvü olmuşdur. Bu da onun əməkdar fotoqraf olmasına səbəb olmuşdur. Rəfael Hüseynovun foto işləri müxtəlif həm yerli, həm də beynəlxalq sərgilərdə nümayiş olunmuşdur. Bir çox işləri isə, diploma, mükafata və kuboka layiq görülmüşdür.
Qatıldığı foto sərgilər-fotomüsabiqələr.
Azərbaycan, Bakı – (şəkil qaleriyası) 1985
Azərbaycan, Bakı – (Nizami k/t) 1986
Azərbaycan, Bakı – (Miniatür Mərkəzi) 1987
Azərbaycan, Bakı – (Bədii fond qaleriyası) 1988
Çexoslovakiya, Strakonitse -1988
Fransa, Şole -1988
Çexoslovakiya, Vsetin – 1988
Sinqapur – 1989
RSFSR, Temirtau – 1989
Venqriya, Kapoşvar – 1989
Fransa, Şole – 1989
Yuqoslaviya, Novisad – 1989
Şotlandiya, Abergen – 1990
Anqliya, Bristol – 1990
RSFSR, Aramvir – 191
Honq-Konq – 1991
Çexoslovakiya, Rujenberok – 1991
İspaniya, Malaqa – 1991
Anqliya, Surrey – 1991
Luksemburq – 1992
Fransa, Şole – 1992
Hindistan, Kəlküttə – 1992
Avstriya, Medlinq – 1992
Çexiya, Rujenberok – 1992
Venqriya, Kapoşvar – 1993
Türkiyə, Adana – 1993
Anqliy, Surrey – 1993
Çexiya, Vsetin – 1993
Türkiyə, Bursa – 1994
Avstriya – 1995
Avstriya – 1996