Azərbaycanda fotoqrafiya tarixi

13434084_10208671770303778_394665577_nXIX əsrin 60-cı illərində Xəzərdə hidroqrafiya ölçüləri aparılarkən, ekspedisiya üzvülərindən biri kapitan-leytenant A.F.Ulskinin çəkdiyi Bakınm dənizdən görüntüləri Azərbaycan fotosunun dövrümüzə gəlib çatan ilk nümunələridi.1858-1866-cı illərdə çəkilmiş həmin fotolarda indi də şəhəri bəzəyən Qız qalası, Şirvanşahlar sarayının məscidi, Qala divarları və s. öz əksini tapmışdı.Sonralar Bakını bürüyən foto-atelyelər də “Əksxana” adlandırılırdı. Bunu açmaq üçün qubernatorun xüsusi icazəsi olmalı idi. Məhz həmin sənədlərin sayəsində XIX əsrin sonu XX əsrin əvəllərində Bakıda fəaliyyət göstərən əksxanalann açıldığı vaxt, onları işlədən fotoqrafların adları dəqiq məlumdur. “Pridvornı© fotoqraf’, “Rembrandt”, “Renesans”, “İşıq və Kölgə”, “Çic”, “Lessercon”, “Əzizbala” foto- atelyeləri ən gəlirli və sayıb-seçilən əksxanalar sırasında idi. Hətta kino sənətini Fransada yarandıqdan 3 il sonra Bakıya gətirən xarkovlu A.M.Mişonun da bu şəhərdə əksxanası olmuşdu. XIX əsrin sonunda Bakıda onun başçılıq etdiyi fotoqraflar dərnəyi fəaliyyət göstərmişdi.Oturaq fotoqraflarla yanaşı yolüstü Qafqazda, o cümlədən Azərbaycanda olan səyyar fotoqrafların da yaradıcılığında Bakı mühüm yer tutmuşdu. Belə fotoqraflardan olan D.İ.Yermakovun XIX əsrin sonu XX əsrin əvəllərində Rusiya Coğrafiya Cəmiyyətinə göndərdiyi foto şəkillər arasında 50-dən çox Azərbaycana həsr olunmuş fotolar var.Fotoqraflar sənayenin inkişaf sürətinə görə XIX əsrin sonunda dünyada I yeri tutan Bakının, onun ətraf kəndlərinin mənzərələrini,neft buruqlarını, sənaye tikililərini, yol çəkilişlərini, müxtəlif memarlıq üslubunda ucaldılmış zəngin binaları sevə-sevə təsvir etmişlər. Onlın yaradıcılığmdan keçən portret qalereyalarında əhalinin bütün təbəqələrinin davranışı, geyimi, etnik xüsusiyyətləri həkk olunmuşdur.

Sara Nəzirova