Azərbaycan, Bakı. 6-9 Mart tarixlərində Milli Gimnastika Arenasında FIG İdman Gimnastikası üzrə Dünya Kuboku uğrunda mübarizə baş tutdu. Kubok üçün neytral və 18 ölkədən atletlər mübarizə apardılar.
Müxtəlif alətlərdə yarışan gimnastlar arasında bir sıra mükafatlar almış Milad Kərimi (Qazaxıstan), Simnov Nikita (Azərbaycan), Çusovitina Oksana (Özbəkistan) və digər idmançılar icra etdilər.
Final nəticələrinə əsasən kişi idmançıları arasında Şaramku Yahor (AIN), Denq Brendon (ABŞ), Simonov Nikita (Azərbaycan), Çepurni Nazar (Ukrayna), 2 alət üzrə isə Matsumi Kazuki (Yaponiya) Qızıl Medallara layiq görüldü. Qadın gimnastlar arasında Belak Teya (Sloveniya), Tsitavets Alyona (AİN), Nakamura Haruka (Yaponiya) və Kişi Rina (Yaponiya) qızıl medal nəticələri göstərdilər. Ümumi medal sayına görə Yaponiya 9 medal toplayaraq ən çox medal qazanan ölkə oldu.
Bütün mükafatlardən əlavə olaraq təsnifat mərhələsindəki çıxışlarına görə ən yüksək icra xalı toplayan Nazar Çepurni və Qreta Mayer-ə AGF Trophy kuboku təqdim edildi.
Mətn/Foto: Nurlan Tahirli