18.01.2022-ci il tarixdə Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar–Ümumxalq Hüzn Günü”nün 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar-sarsılmaz milli birliyin simvolu” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Fotoqrafları Birliyi (AFB) tərəfindən çəkilən “Faciənin fotosu” sənədli filmi nümayiş olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başlanılıb və Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə həmçinin Vətən müharibəsi qaziləri də iştirak edib. Tədbir iştirakçılarının və filmin layihə rəhbəri Mirnaib Həsənoğlunun çıxışından sonra film nümayiş olunub. Film 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri daxil olaraq fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutmasının və yüzlərlə insanı qətlə yetirib yaralamasından bəhs edən tarixi faciənin fotolarını ölümsüzləşdirən fotoqraflar haqqında 2020-ci ildə çəkilib. Film 2020-ci ildə Nizami Kino Mərkəzində və Gəncə şəhərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında geniş kütlə tərəfindən maraqla izlənilmişdir.