Tahir Cəfərov
1948-ci ildəBakıda anadan olub. Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını “Azərbaycan pioneri”ində nəşr etdirmiş və ilk qonorarını almışdır. Daha sonra “Parıltı” və “Sağlamlıq” jurnallarında və “Bakinskiyraboçiy” qəzetində öz foto işlərini nəşr etdirmişdir. Dövrün məşhur azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin “Bakı” – “MənimBakım” qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bundan sonra “Azərbaycanfilm” kinostudiyasında bir müddət çalışmışdır. Tanınmış Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır. 1985-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən işə dəvət edilir. Tahir Cəfərov 20 Yanvar faciəsi zamanı fotoqraf kimi 19 Yanvar tarixindən 23 yanvar tarixinə qədər fasiləsiz fəaliyyət göstərən fotoqraflardan olmuş və 300-dən çox foto çəkmişdir. Hal-hazırda Tahir Cəfərov bu sahəyə maraq göstərən tələbələri ilə birlikdə fotoqrafiya fəaliyyətini davam edir