portret SHAHVELED AYVAZOV )

Şahvələd Eyvazov

26 İyun 1956-cı ildə Tiblisidə anadan olub. Fotoqrafiya ilə 8-ci sinifdə oxuyarkən atasının ona hədiyyə etdiyi fotokamera ilə maraqlanmağa başlamışdır. 1974-cü ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra tezliklə Gürcüstanda nəşr olunan “Sovet  Gürcüstanı” adlı azərbaycan dilli qəzetdə mətbuat fotoqrafı kimi işə başlamışdır. 1980-ci ildə “Pravda” adlı qəzetin təşkil etdiyi fotomüsabiqədə qalib olaraq laureat seçilmişdir. 1983-cü ildə Jurnalistika fakultəsini bitirmişdir. 1992-ci ilədək “Gürcüinform” xəbər agentliyi ilə əməkdaşlıq etmişdir. 1992-ci ildə isə “Associated press” adlı beynəlxalq xəbər agentliyi ilə çalışmağa başlamışdır. Eyni zamanda Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetində də çalışan Şahvələd Eyvazov yeganə azərbaycanlı idi ki, “Associated Press” agentliyində 24 il fəaliyyət göstərmişdir. O, 6 müharibədə fotoqraf kimi iştirak etmişdir: Abxaziya, Osetiya, Qarabağ, Çeçenistan, Dnestr yanı və Əfqanıstanda. 20 Yanvar hadisələrində də fotoqraf kimi fəaliyyət göstərən fotoqraf, reportajlarının birində “Mən Gürcüstanda doğulub yaşayan Azərbaycan fotoqrafıyam” demişdir. Şahvələd Eyvazov əməkdar Gürcü Jurnalisti, müharibə veteranı, çoxsaylı mükafat və dünyaca məşhur foto yarışların qalibi və laureatı olmuşdur. Alexand Roinishvili adına ilk foto müxbir mükafatına layiq görülmüşdür. Həmçinin onun hərbi fotojurnalist olması Gürcüstan Müdaifə Nazirliyinin nüfuzlu mükafatı və yüksək mükafatlar laureatı ilə dəyərləndirilməsinə səbəb olmuşdur. Bir çox azərbaycanlı tələbələri olan Şahvələd Eyvazov hal-hazırda Gürcütsan Beynəlxalq Universitetində Fotojurnalistika dərsi tədris edir.