portret Mirheydar

Mirheydər Həşimov

1948-ci ildə fəhlə ailəsində anadan olub. 6 yaşında orta məktəbə gedir. Lakin sirkə olan sevgisindən məktəbi tərk edir və sirkdə akrobat artist kimi işləməyə başlayır. 1965-ci ildən 1968-ci ilədək Mirheydər peşəkarcasına manejdə işləyir, truppa ilə SSRİ üzrə qastrollara çıxır. Mirheydər ali təhsil almağı məqsəd qoyur və Bədən Tərbiyyəsi və İdman İnstitutuna qəbul olunur. Tələbəlik illərində birinci gələcək həyat yoldaşı ilə tanış olur, ikinci isə özü üçün yeni sənət kəşf edir – fotoqraflıq. Bundan sonrakı vaxtını fotonun sirlərini oyrənməyə sərf edir.  “İdman” qəzetində ştatdankənar fotoqraf kimi işləməyə başlayır. 1971-ci ildə “Azərbaycan Gəncləri” qəzetinə keçir və təhsilinin bitməsinin sonunadək orada işləməyə davam edir. 1999-cu ildə Mirheydər Həşimov respublika teatr xadimlərinin ittifaqında işləməyə başlayır. Karyerasının 12 ilini incəsənətə həsr edir. 2011-ci ildə səhhətində yaranan problemlərə görə təqaüdə çıxır. Azərbaycan foto sənətinə verdiyi tövhəyə görə mükafata layiq görülmüşdür.  http://irs-az.com/new/pdf/201405/1399901442844352833.pdf