Pandemiya səbəbi ilə uzun müddətdir baş tutmayan avia spottinq, çoxdan gözlədiyi avia həvəskarlar üçün qapısını açdı. 2022-ci il May ayına planlanan tədbir hava şəraiti və əhəmiyyətli müxtəlif tədbirlərdən dolayı təxirə salınsa da, 4 İyun tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutdu.
Tədbir başlamazdan öncə təhlükəsizlik təlimatları verildi və ardınca iştirakçılar uçuş zolağına yaxın bir yerdə endirilərək spottinq başlamış oldu. Bu dəfə müəyyən bir təyyarə ilə yaxından tanış olma fürsəti olmasa da, amma, bizlər üçün uçuşu zolaqda gözlədilən təyyarə ilə qarşılaşmış olduq. Əminəm ki, bizlər onu çəkdiyi qədər, içəridə əyləşənlər sərnişinlər də bizi çəkirdi.
© Nurlan Tahirli