asim portret

Asim Talıb

1948-ci ildə intelligent ailədə anadan olub. Asim 14 yaşında ikən atasına ona ilk fotokamera almış və bununla da fotoqrafiyanın sehrli dünyasına daxil olmuşdur. Məktəbi bitirdikdən sonra əsgərliyə getmişdir. Almaniyada xidmət etdiyi dövr ərzində daha çox idman fotoqrafiyasına marağı artmışdır. 1968-ci ildə burada mətbuatla idman fotoqrafı kimi ilk əməkdaşlığını etmiş və “Sovetskiy Patriot” qəzetində nəşr olunmuşdur. Hərbi xidmətdən sonra Bakıya qayıdan Asim Talıb M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Rus dili Filologiya fakultəsinə daxil olmuşdur. Universiteti  bitirdikdən sonra Qobustan Muzeyində fotoqraf kimi çalışmış və 3 il ərzində “İncəsənət” jurnalı ilə əməkdaşlıq etmişdir. 70-ci illərin sonuna kimi muzeylərdə olan fəaliyyəti onun Azərbaycanın regionlarına səfərlər etməsinə səbəb olmuşdur. 1985-ci ildə Kəlbəcərdə çəkdiyi “Qoca” adlı fotosu 2013-cü ildə təşkil olunmuş “Azerbaydjan v obyektive” adlı müsabiqədə ona birincilik gətirmişdir. Müsabiqənin münsiflər heyəti Henry Dallal redaktoru olduğu “Condé Nast Traveller” jurnalında bu fotonu dərc etmişdir.  Daha sonra foto Fransada, Belçikada, Böyük Britaniyada, Türkiyədə və bir çox Avropa ölkələrində sərgilərdə yayımlandı. AZərbaycanda keçirilən başqa bir “Nashe Naslednie” adlı fotomüsabiqədə “İçərişəhər” fotosu ilə qalib olmuşdur. Hal-hazırda Asim Talıb təqaüdçü olsa da, fotoqrafiyaya davam edir və bir çox layihələrə müəlliflik edir.http://irs-az.com/new/pdf/201411/1415099665028110587.pdf