AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Bosniya və Herseqovinada keçirilən “Grand Photo Salon Bosnia 2016” beynəlxalq fotomüsabiqədə “Sinxron üzmə” fotoşəklinə görə “İdman” kateqoriyasında IAAP-ın (International Assotiation of Art Photographers) qızıl medalına layiq görülüb.
Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) və IAAP-ın himayəsi altında keçirilmiş beynəlxalq fotomüsabiqəyə dünyanın 54 ölkəsindən 246 fotoqrafın 5013 işi təqdim olunmuşdu.
“Sinxron üzmə” fotoşəkli 2015-ci ilin iyun ayında Bakı şəhərində Birinci Avropa Oyunları zamanı çəkilib.