Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Füzuli Şəhəri Günü sərgi nümayişləri ilə davam edib.
Azərbaycan Fotoqrafları Birliyinin (AFB) arxivindən olan fotolardan ibarət “Zamanın qanadlarında: Füzuli” adlı fotosərginin açılışında Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndələri, rayon ictimaiyyəti və qonaqlar iştirak etdilər.
Fotosərgidə tarixi fotolarla yanaşı, Füzulinin son zamanlar inkişafından və quruculuğundan bəhs edən, habelə təbiət mənzərələrini özündə əks etdirən fotolar da yer almışdir.
Fotosərgidə Rafiq Bağırovun, Vüqar Əmrullayevin, Asim Talıbın, Sücəddin Hüseynovun, Kamran Əsədovun, Araz Adiloğlunun, Nurəhməd Vəliyevin, Asif Mustafazadənin, Nail Əhmədovun, Mahir Əhmədovun, Vamiq İqbaloğlunun, Arif Ələkbərin, Amira Süleymanın, İlkin Səlifovun, Vüqar İbadovun, Nicat Əlilinin, Elnur Babayevin, Ayaz Mikayılzadənin, Fərqanə Qasımlının, Kifayət Əliyevanın, Nurlan Tahirlinin, Aydın Mehdiyevin, Ayxan Əhmədovun və Mirnaib Həsənoğlunun fotoları yer almışdır.
Füzuli Şəhəri Günündə AFB-nin idarə heyətinin üzvləri Amira Süleyman, Sücəddin Hüseynov və AFB-nin rəsmi təsisçisi Mirnaib Həsənoğlu iştirak etmişdilər.