Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün çox sayda turist Bakıya axın edib. Gələn turistlərə bulvar ərazisində müxtəlif növ istirahət güşələri və əyləncəli vaxt keçirmələri üçün simulyatorlar hazırlanıb. Qonaqların F1 komandalarının istifadə etdikləri geyimləri əldə etmələri üçün xüsusi satış yerləri hazırlanıb. Burada tursitlər həm gəzə, həm də yarışı seyr edərək maraqlı vaxt keçirə bilmələri üçün yüksək şərait yaradılıb.
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.
Günün son sessiyasında “Ferrari”dən Şarl Lekler birinci olub. Qeyd edək ki, sabah Azərbaycan Qran-prisi davam edəcək. Sentyabrın 14-də ilk olaraq saat 12:30-da “Formula-1” sürücüləri üçüncü sərbəst yürüşlərdə Bakının küçələrinə çıxacaqlar. Günün son sessiyasında isə sıralanma turunda “Formula-1” sürücüləri saat 16:00-da poul uğrunda mübarizəyə başlayacaqlar.
Azərbaycan Qran-prisi isə sentyabrın 15-də başa çatacaq.
Nail Əhmədov