Azərbaycan Fotoqrafları Birliyinə (AFB) Qəbul üzrə Əsasnamə

1) Birliyə qəbul edilmiş üzv 60 AZN məbləğində illik üzvlük haqqı ödəyir (ID kartın hazırlanması daxil).

2) Şəxsiyyət vəsiqəsinin elektron surəti.

3) İD Kart və Anketdə yerləşdirmək ücün ağ fonda rəngli rəsmi foto.

5) Bədii Şuraya fotolardan ibarət portfolio (20-40 fotodan ibarət) email ünvana göndərməlidir (alekper@gmail.com). Bu, elektron fotoməkanlarda (Behance, Pinterest və s.) yerləşdirilmiş şəxsi profildən də ibarət ola bilər.

Elektron təqdim edilən fotoların ölçüləri uzun tərəfi 1500 pikseldən az olmamaq şərtilə, 72 dpi və JPG formatında olmalıdir. Ayrıca faylda (MS Word) müəllifin adı, soyadı qeyd edilməlidir.

Azərbaycan Fotoqrafları Birliyin üzvləri fotoqrafiyanın müxtəlif sahələrində müəyyən səviyyəyə çatmış, 18 yaşı tamam olmuş Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən foto sənəti üzrə tarixçilər, nəzəriyyəçilər və tənqidçilər, fotoqrafiyaya aid nəşrlərin və sərgilərin hazırlanması üzrə mütəxəssislər, fotodərnəklərin pedaqoq və rəhbərləri, habelə hüquqi şəxslər və ictimai birliklər ola bilər. Xarici vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, Birliyin üzvü ola bilər.

AFB-yə qəbul qaydaları

Siz Birliyin Bədii Şurasına doldurulmuş Ərizə forması ilə bərabər sizin yaradıcılıq fəaliyyətinizi əks etdirən 20-40 fotodan ibarət portfolionuzu təqdim etməlisiniz. Bu həm tək, həm də seriya işlər ola bilər. Portfolio ilə bərabər namizədin yaradıcılıq nailiyyətlərini əks etdirən diplom, fəxri fərman və digər materiallar da təqdim edə bilər. İşlər ilkin mərhələdə Bədii Şura tərəfindən baxılması üçün qəbul edildikdən sonra müəllifə Birlik Üzvlüyünə Namizəd statusu verilir və ya AFB-yə üzv qəbul edilir. Növbəti mərhələdə namizədin təqdim etdiyi işlər Bədii Şura tərəfindən dəyərləndirilir və sadə səs çoxluğu ilə namizədin Birliyə üzvlüyü haqda yekun qərar qəbul edilir.

Namizədlərə işlərini müvafiq janr və tematik seriyalar formasında təqdim etmək tövsiyyə olunur. Təqdim olunan işlər forma və məzmun cəhətdən dolğun olmalı və Sizin yaradıcılıq maraqlarınızı tam əks etdirməlidir. Təqdimat üçün işləri öz fərdi sərginiz kimi hazırlayın. Namizədlərin özlərinin universallığını – yəni fotoqrafiyanın bütün üslub və janrlarında işləmə bacarığı nümayiş etdirmələrinə ehtiyac yoxdur. Bədii Şuranı Sizin fərdiliyiniz və yaradıcı dünya  görüşünüz maraqlandırır.

Bədii Şuraya İdarə Heyəti və Birliyin müxtəlif sahələr üzrə ekspertləri daxildir. Portfolioya baxış Birliyin Bədii Şurası tərəfindən ayda bir dəfə həyata keçirilir. Portfoliolara baxışın tarixini Bədii Şura öz üzvləri arasında kvorum olduqda, habelə bayram və istirahət günlərini nəzərə alaraq müəyyən edir.

Bədii Şuranın yekun qərarı haqda namizədlərə e-poçt vasitəsilə məlumat verilir.

Qəbul üçün anketi doldurub, alekper@gmail.com adresinə göndərilməlidir.