Yaşar Xəlilov Peşəkar fotoqraf

Məşhur azərbaycan fotojurnalistidir. 11 aprel 1934-cü ildə Bakı şəhərində anadan olub. “Azərbaycan Gəncləri” qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayıb. Əskərliyə gedib döndükdən sonra redaksiyaya qayıdır.  Müsabiqə yolu ilə “Bakı” qəzetinə dəvət alır. 1959-cu ildə dövlət AzTaq informasiya agentliyinə dəvət olunur. Xəlilov SSRİ-də tanınıb və yüksək qiymətləndirilib. Respublikada yeganə fotojurnalistdir ki, 5 Olimpiadada işləmiş – Münxendə, Monrealda, Moskvada, Los-Anjelesdə və Seulda. Olimpiya çəkilişləri üzrə Yaponiyada b Photo 6 və Gran-pri mükafatlarına layiq görülüb.  Xəlilov “Qızıl qələm” mükafatının laureatı,  respublikanın əməkdar jurnalisti və əməkdar incəsənət xadimidir.