portret RAFIQ NAQIYEV

Rafiq Nağıyev

22 Avqust 1935-ci ildə Bakıda anadan olub. 4-cü sinifi bitirdiyi zaman xalası oğlu ona fotokamera hədiyyə etmiş və bununla da kiçik yaşlardan fotoqrafiyaya olan marağı artmışdır. Məktəbi bitirdikdən sonra Bakı Hərbi Kollecinə daxil olmuşdur. “Azərbaycan Gəncləri” qəzetində mətbuat fotoqrafı olaraq işə başlamışdır. Daha sonra “AzTaq” (indiki adı ilə “AzərTac”) ilə əməkdaşlıq etmişdir. Rafiq Nağıyevin Müslim Maqomayev ilə olan çəkilişləri tezliklə onları dosta çevirmişdir. Onun Şimali Afrikaya olan səyahəti zamanı flora və fauna üzrə etdiyi çəkilişlər ona təbiəti daha da sevdirmişdir. Həmçinin o, dəfələrlə mərhum prezident Heydər Əliyevin də çıxışları zaman çəkilişlər etmişdir. Rafiq Nağıyev 1974-cü ildə World Press Foto üzrə gümüş medala və 1976-cı ildə Amerikanın 200 illik şərəfinə təşkil olunmuş sərgidə qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf olmuşdur. 58 illik həyatının 53 ili fotoqrafiya ilə keçmiş Rafiq Nağıyev həmçinin Moskvada jurnalistika və fotomüxbirlik üzrə iki illik kurs bitirmişdir. http://irs-az.com/new/pdf/201210/1350369810518414973.pdf