RAFAEL QAMBAROV  (1)

Rəfail Qəmbərov

31 Dekabr 1947-ci ildə Qroznı şəhərindəanadanolub. O, ilk fotoaparatı  “Smena-3”  ilə 10-cu sinifdə almış, bununla da fotoqrafiyaya olan marağı artmışdır. 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L.B. Kosmatovun emalatxanasında təhsil almışdır. Birneçəil Rusiyada Samara kinoxronika studiyasında, sonralar “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. Bir neçəfilmdə fotoqraf-rəssam kimidə çıxış etmişdir. Rəfail Qəmbərov Əməkdar İncəsənət Xadimi olmuş və 1981-ci ildə SSRİ Dövlət Mükafatı laureatına layiq olmuşdur. 1998-ci ildə Azərbaycanın Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir.  http://irs-az.com/new/pdf/201503/1426338563041503318.pdf