OLEQ LİTVİN PORTRET

Oleq Litvin

  6 iyul 1936-cı ildə Bakıda anadan olub. Fotoqrafiya ilə tanışlığı ilk dəfə o 9-cu sinifdə oxuyarkən atasının ona fotokamera hədiyyəsi nəticəsində olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitunun Energetika fakultəsinə daxil olmuşdur. 1960-cı ildə institute bitirdikdən sonra Qroznıya göndərildi fotoqrafiya fəaliyyətinə burada başlamışdır. 1962-ci ildə Qroznıda “Çəkic” qəzetində “Meşədəkidərə”adlı ilk fotoişi nəş rolunmuşdur. 1964-cü ildə Bakıya gələn Litvin burada bir neçə fotoqraflarla birlikdə “Xəzər” foto-klubunu yaratmışdılar. 1973-cü ildə Sovetİttifaqı Teleqraf Agentliyindən gələn təklif nəticəsində o burada fotoreportyor kimi işləməyə başlamışdır. Qarabağ müharibəsinin başladığı zaman müharibədə foto-jurnalistkimi çalışmağa başlamışdır. Onun müharibədə çəkdiyi fotolar Rusiya mətbuatında nümayiş  etdirilmişdir.   “AP” xəbəragentliyi ilə əməkdaşlıq etməyə başlamışdır. Bu dövr ərzində “Azerbaijan International” beynəlxalq jurnalının dəstəyi ilə “Azərbaycan – OdlarYurdu” adlı fotoalbomunu nəşr etdirmişdir. Bu uğurundan sonra  “Humay” milli mükafatının laureatı olmuşdur. 2000-ci ildəVolqoqrada köçmüş və beş il burada “KomsomolskuyuPravdu”da çalışmağa başlamışdır. 2005-ci ildə “Volqa və Don” və “Lukoyl” şirkəti ilə tanış olmuş və fəaliyyətinə davam etmişdir. Hal-hazırda Rusiya Federasiyasında fotoqraf olaraq fəaliyyət göstərir. http://irs-az.com/new/pdf/201312/1386068387735035689.pdf