Nurlan Tahirli Tahirli.net

1988-ci ildə Azərbaycanın, Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Universitetinin Biznesin İdarəetməsi ixtisasının türk dili bölməsi üzrə bakalavr dərəcəsini, 2011-ci ildə Türkiyənin Sakarya Universitətində Marketinq bölməsinin magistr dərəcəsini almışdır. Fotoqrafiyayla 16 yaşlarından etibarən maraqlasa da, peşəkar fotoqrafiyaya olan marağı 2007-ci ildə Amerikaya səyahəti zamanı “Yellowstone” milli parkına olan gəzintidə yaranmışdır. Daha sonra Türkiyədə magistratura təhsili zamanı eyni zamanda 2012-ci ildə birillik fotoqrafiya kursunda təhsil almışdır. Magistratura diplom işini isə marketinq və fotoqrafiya sahələrini birləşdirərək hazırlamışdır.
2014-cü ildən etibarən Azərbaycan Fotoqrafları Birliyinin (UPA) üzvüdür. 2015-ci ildə “360° Dünya” layihəsinə start vermiş, hal-hazırda da dünyanın müxtəlif nöqtələrindən peşəkar 360° panoramalar və virtual turlar hazırlamaqdadır. Eyni ildə Azərbaycanın Bakı şəhərində “Yolayrıcında” adında ilk fərdi foto sərgisini gerçəkləşdirmişdir. 2016-cı ildə isə Türkiyənin Didim şəhərində digər fərdi fotosərgisi həyata keçmişdir. 2017-ci ildə Türkiyədə keçirilən 3. Beynəlxalq Malatya FotoKampı üçün Azərbaycan Fotoqrafları Birliyi tərəfindən kimi təklif olunmuş və qəbul olunaraq Azərbaycanı təmsili üçün Beynəlxalq Fotokampa dəvət olunmuşdur. 2017-ci ildən etibarən Gürcüstan Fotoqraflar Birliyinin (APG) üzvlüyünə alınmışdır. Hal-hazırda Türkiyədə İDEA jurnalının fotomüxbiridir.

Layihələri:
360° Dünya: 2015-…(davam edir)
AMEA Mərkəzi Elmi Kitabxanası Virtual Turu – 2017
Mirzə Ələkbər Sabir Virtual Muzeyinin təşkili və Virtual Turu – 2017

Qatıldığı Sərgilər:
“Qırmızı” mövzulu sərgi – Sakarya, Türkiyə / 2012
“İşıq” mövzulu sərgi – Sakarya, Türkiyə / 2012
“Yolayrıcında” fərdi foto sərgisi – Bakı, Azərbaycan / 2015
“Yol Ayrımında” fərdi foto sərgisi – Didim, Türkiyə / 2016
“Sülh” foto sərgisi – Didim, Türkiyə / 2016
“Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri” mövzulu sərgi – Bakı, Azərbaycan / 2016
“2016-ın ən yaxşıları” foto müsabiqə qaliblərinin sərgisi – Selanik, Yunanıstan / 2016
“ASAN Könüllüləri” foto sərgisi – Bakı, Azərbaycan / 2017
DAHOT fotoqrafiya sərgisi – Didim, Türkiyə / 2017
“Uşaq” Mövzulu sərgi – Didim, Türkiyə / 2017

Beynəlxalq Müsabiqədə İştirakı və Təltifləri:
“İlin Fotoqrafı – 2015” – “Debüt” Diplomu təltifi – Bakı, Azərbaycan / 2016
“3-cü Beynəlxalq Malatya Fotokampı” Qonaq Plaketi – Malatya, Türkiyə / 2017
21. Didim Sülh Şənliyi – Foto Sərgisində ən aktiv iştirakına görə Didim Bələdiyəsi tərəfindən plaket – Didim, Türkiyə / 2016
“Körpə Kirpi” – “Toxunuşun İncəliyi” müsabiqəsində “Fotoqrafların seçimi” nominasiyası qalibi / 2017
– Viewbug Jüri Favorisi / 2017
“Elizabet Körpüsü” fotoqrafiyası – “Su ətrafındakı şəhərlər” müsabiqəsi 3-cüsü / 2015
– “Sərhədləri aşan”, “Dəniz mənzərələri”, “Parlaq Körpülər” müsabiqələrinin finalçısı / 2015-2016
– 7 dəfə Viewbug Redaktor seçimi / 2015-2017
“Berlin Dom” fotoqrafiyası – “Fotoqrafların seçimi” təltifi / 2016
– “Fotolimp” 3-cü yer / 2016
– “HDR Obyektlər” müsabiqəsi finalçısı / 2016
– 2 dəfə Viewbug Redaktor Seçimi / 2016-2017
“Yumşaq yatış” fotoqrafiyası – “Uzun saçlı portretlər” müsabiqəsi finalçısı / 2017
– Viewbug Redaktorun Seçimi / 2016
“Liberty Körpüsü” fotoqrafiyası – “Mavinin tonları” müsabiqəsi finalçısı / 2015
– Viewbug Redaktor Seçimi / 2016
“Sənin üçün” fotoqrafiyası – “Biz sadəcə insanlarıq” müsabiqəsi finalçısı / 2016
– Viewbug Redaktorun Seçimi / 2016
“Şüşə illüziyası” fotoqrafiyası – “2016-nın Ən Yaxşıları” müsabiqəsinin qaliblərindən biri / 2016
…və bir sıra digər nailiyyətlər.